Dünya

Zelenski Zalujnının Ukraynanın Böyük Britaniyadakı səfiri olmasına razılıq verdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının Ukraynanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə namizədliyinə razılıq verib.


Tacxeber.com
 xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyinin press-relizində deyilir ki, Xarici İşlər Nazirliyi Britaniya tərəfinə ilkin razılıq üçün müvafiq sorğu göndərib.

Xatırladaq ki, Zelenski fevralın 8-də Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyində dəyişiklik etdiyini açıqlayıb. 2021-ci ildən Ukrayna Silahlı Qüvvələrinə komandanlıq edən və sorğulara görə Ukraynanın ən populyar hərbçisi hesab edilən Valeri Zalujnı vəzifəsindən uzaqlaşdırılıb.

Aleksandr Sırski Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı olub.

Tacxeber.com

Oxşar xəbərlər

İlham Əliyev 2 fərman imzaladı

redaktor

İT sahəsində ən çox tələb olunan peşələr

admin

Rusiya-Ukraynanı dəstəklədiyi üçün rus höküməti onu cərimələdi

admin