DünyaMuharibə

Ukraynadan Rusiyaya daha 1160 tabut göndərildi

 

Rusiya hərbi  qüvvələri son sutkada Ukrayna ərazisində daha 1160 hərbçisini itirib.

 

 UNIAN xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 421 430 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 17 tank, 51 zirehli döyüş maşını, 42 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

 

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb. Krım isə 2014-cü ildə ilhaq olunub.  (Yenisabah)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Vaqner” muzdluları ilə döyüşdə 15 rusiyalı hərbçi ölüb”

redaktor

Suriya həbsxanalarında istifadə edilən qorxunc alətlər – VİDEO

redaktor

Hava şəraiti kəskin dəyişir – XƏBƏRDARLIQ

redaktor