11 C
Bakı
30 Mart 2026 00:59
Cəmiyyət

Hafiz Babalı və Elnarə Qasımovanın həbs müddəti uzadıldı

“Abzas media” işi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilən jurnalistlər Hafiz Babalı və Elnarə Qasımovanın həbsdə saxlama müddəti uzadılıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

 

Məhkəmə müstəntiqin vəsatətini və prokurorun əsaslandırılmış təqdimatını təmin edib.

 

Qərara əsasən H.Babalı və E.Qasımovanın həbs müddəti 3 ay uzadılıb.

 

Qeyd edək ki, “Abzas media” işi üzrə aparılıan istintaqla saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov və digər əməkdaşları-Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib. Onlar hər biri qaçaqmalçılıqda ittiham edilirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Ərə getmək üçün qaçan 13 yaşlı qız ailəsinə təhvil verildi

redaktor

Həqiqi kolbasa necə seçilir: Yodla yoxlayın

redaktor

“Sifətinə tüpürmək lazımdır, ən əxlaqsız, mənəviyyatsız adamdır” – Qalmaqal böyüyür

redaktor