DünyaGündəmSiyasət

ABŞ Toplum TV əməliyyatına münasibət bildirdi.

 

“Azərbaycan polisinin Toplum TV-nin müstəqil media orqanının ofisinə basqın etməsi və Azərbaycanda çoxsaylı müstəqil jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının həbs edilməsi xəbərləri bizi dərindən narahat edir”.

 

Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller keçirdiyi brifinqdə deyib.

“Biz jurnalistləri, vətəndaş cəmiyyəti təmsilçilərini və müxalifət nümayəndələrini qorxutmaq, repressiya məruz buraxmaq və cəzalandırmaq cəhdlərinin davamlı olmasına öz kəskin etirazlarımızı bildirməliyik. Biz Azərbaycanı əsas azadlıqlarından istifadə edənlərə qarşı təzyiqlərə son qoymağa və siyasi motivli işlərdə haqsız yerə həbs edilən bütün şəxslərin azadlığa buraxılmasına çağırırıq. Heç kim ifadə azadlığından istifadə etdiyinə görə həbs və ya başqa cəza ilə üzləşməməlidir”.

 

Xatırladaq ki, ötən gün Toplum TV-nin fəaliyyət göstərdiyi ofisdə axtarış aparılıb və kanalın əməkdaşlarından bəziləri saxlanılıb.

Meydan TV yazır ki, Toplum TV ilə bağlı işdə Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əhmədova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Saleh Məmmədovun rəhbərlik etdiyi Agentlikdə toy toya qarışıb: Dəvətnamə 50, masa 500, müğənnilər isə 200 min AZN…

redaktor

Aleksandr Maslyakov vəfat etdi

admin

Kraliçanın dəfninə görə 100-dən çox aviareys təxirə salındı

redaktor