DünyaSiyasət

Zelenskaya Baydenin dəvətindən imtina etdi – Şok səbəb

 

Ukrayna Prezidenti Vladimir Zelenskinin arvadı Yelena Zelenskaya ABŞ Prezidenti Co Baydenin Konqresdəki çıxışında iştirak etmək üçün Ağ Evdən gələn dəvətdən imtina edib.

 

Bu barədə “Vaşinqton Post” öz mənbələrinə istinadən məlumat yayıb.

“Tədbir martın 7-də keçiriləcək. Ukraynanın imtinasına səbəb bu tədbirdə Aleksey Navalnının dul arvadı Yuliya Navalnayanın mümkün iştirakı olub”, – məlumatda deyilir.

Mənbələr əlavə edib ki, Baydenin Konqresə müraciətinin təşkilatçıları ABŞ-ın birinci xanımı Cill Baydenin Navalnaya və Zelenskayanın yanında oturmasını planlaşdırıb. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Kim Çen In: “İran döyüşdə tək deyil”

redaktor

İsrailin təhlükəsizlik naziri atəşkəsə görə istefa verdi

redaktor

Paris Məhkəməsi Azərbaycan səfirliyinə hücuma edən erməniyə verilən cəzanı sərtləşdirib

admin