Dünya

Zatulin: “Ermənistan açıq-aşkar Rusiya ilə əlaqələri pozur”

“Ermənistan hökuməti nümayişkaranə şəkildə Rusiya ilə əlaqələri pozur”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

 

O bildirib ki, Ermənistan hökuməti açıq-aşkar Rusiya ilə əlaqələri pozur, səbəb axtarır, bir addım ardınca başqa addım atır, bu, onların siyasətinə uyğundur. Düşünürəm ki, məsələ “Zvartnots”la məhdudlaşmayacaq. İndi KTMT-dən çıxmağı deyirlər, daha sonra Gümrüdəki baza məsələsini qaldıracaqlar”, – Zatulin bildirib.

 

Qeyd edək ki, bir qədər əvvəl Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Ermənistan sərhəd qoşunları Zvartnots hava limanında xidmət etməlidir.

 

“Ermənistanın bu məsələdə dəqiq mövqeyi var və bu barədə Rusiyaya rəsmi şəkildə məktub göndərib”, – deyə Qriqoryan əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

ÖLKƏYƏ AVTOMOBİL İDXALINDA MƏHDUDİYYƏT?… – Assosiasiya rəhbəri təklif verib

redaktor

Ukrayna üçün mərmi istehsal edən ABŞ zavodu yandı

redaktor

Rusiyada afrikalı tələbələri “Vaqner” dəstəsinə cəlb edirlər – İDDİA

redaktor