16 C
Bakı
27 Sentyabr 2025 20:29
DünyaQalmaqal

Sevgilisinə iş verən baş nazir istefa etdib

 

Sevgilisinə iş üçün şərait yaratmaqda ittiham olunan Perunun baş naziri Alberto Otarola istefa vermək qərarına gəlib.

 

Tacxeber.com publika.az-a istinadən xəbər verir ki, Otarola mətbuata açıqlamasında prezident Dina Boluarte ilə görüşündən sonra baş nazir vəzifəsindən istefa verdiyini bildirib.

O, Perunun keçmiş prezidenti Martin Vizkarranı günahlandırıb: “Hökuməti sakitləşdirmək üçün bu qərarı verdim. Mən bütün araşdırmalara razıyam və bütün bunların arxasında cənab Martin Vizkarranın olduğuna şübhəm yoxdur. Həyatım və peşəkar karyeram boyunca həmişə əxlaqa və qanunun aliliyinə inanmışam”.

 

Prokurorluq Otarolanın keçmiş həyat yoldaşı ilə telefon danışığının səs yazılarının üzə çıxmasından sonra baş nazirə qarşı korrupsiya iddiaları ilə bağlı ilkin araşdırmaya başlanıldığını açıqlayıb.

Peru mətbuatının məlumatına görə, A. Otarolanın sevgili olduğu qadına dövlət işi verdiyi ortaya çıxıb.

 

Oxşar xəbərlər

Maşınların üsyanı: Robot tozsoranlar sahiblərini təhqir etməyə və ev heyvanlarını təqibə başladı

redaktor

“AİD Language Center” xaricdə təhsil adıyla gəncləri aldadır?

redaktor

İsrailə hücumda bu ölkənin əli var – Hersoq

redaktor