15 C
Bakı
30 Mart 2026 21:37
Gündəmİdman

Qurban Qurbanovla bağlı maraqlı suala – Xabi Alonsonun cavabı

 

“Bayer”in baş məşqçisi Xabi Alonso “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan danışıb.

 

O, bu gün keçirilən mətbuat konfransında həmkarı barədə fikirlərini bildirib. azerisport.com-un xəbərinə görə, azərbaycanlı jurnalist tədbirdə X.Alonsoya belə bir sual ünvanlayıb:

“Yanvarın sonunda Qurban Qurbanov sizin klubun qonağı oldu. Əgər bilsəydiniz ki, “Qarabağ” sizinlə yenidən düşəcək, Qurbanovu qəbul edərdinizmi?” sualı ispaniyalı mütəxəssisdə təbəssüm yaradıb.

 

X.Alonso cavabında deyib: “O, yaxşı məşqçidir. İstənilən halda onu böyük məmnuniyyətlə qəbul edərdik. Yaxşı söhbətlərimiz oldu. Aramızda heç bir sirr yox idi. Bizim bir-birimizdən gizlədəcəyimiz heç nə yoxdur”.

Xatırladaq ki, bu mövsüm Avropa Liqasının qrup mərhələsində qarşılaşmış “Qarabağ”la “Bayer” martın 7-də sabah Bakıda həmin yarışın 1/8 finalında da üz-üzə gələcəklər. Bu komandalar arasında cavab görüşü martın 14-ü Leverkuzendə keçiriləcək. (Qol az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Ölkə futboluƏhmədov Qriqorçukun işini bəyənmir: “Qəbələ”də olarkən də eyni problemlər yaranmışdı”

admin

ABŞ Tokayevə yardım təklif etdi

redaktor

“Tapançalı direktor”un məktəbindən şikayət- Müəllimlər etiraz edir

redaktor