2 C
Bakı
11 Fevral 2026 03:34
Dünya

Qordon: O, Putini addım-addım izləyir

Rusiyanın Prezidenti Vladimir Putinin oxşarı var, lakin o, ictimai tədbirlərdə Putini əvəz etmir.

 

Tacxeber.com xəbər verir ki, bunu rusiyalı hüquq müdafiəçisi Mark Feygin ukraynalı jurnalist Dmitri Qordonla söhbətində deyib.

 

“Razıyam ki, operativ, amma ictimaiyyətə çıxmayan oxşarları var. Lakin onlar oradadır və tez bir anda təhlükəsiz mühit yaratmaq üçün lazımdılar. Çünki birinə sui-qəsd cəhdi ola bilər, digəri qalacaq. Putini ictimaiyyət qarşısında təmsil etmək və onu əvəz etmək üçün oxşarlara ehtiyac yoxdur, çünki bu, çox təhlükəlidir. Putini müxtəlif ekspertlər, kəşfiyyat icmaları, fizioqnomiyadan anlayan insanlar izləyir. Ona görə də mütəxəssisin belə əvəzləməni görməməsi çox çətindir. Başqa bir insanı təqlid etmək səs tembrindən, göz formasından və s. kimi minlərlə parametrləri əhatə edir. Təbii ki, indi müasir texnologiyaların köməyi ilə bunu təkrarlamaq olar. Ancaq düşüncə tərzini nitq vasitəsilə çatdırmaq çox çətindir. Təsdiq olunsa ki, məsələn, Mariupolda Putinin əvəzinə onun dublyoru hərəkət edir, təəccüblənəcəyəm. İndiyə qədər bütün faktlar dublyorların olduğunu göstərir, lakin bunlar Putini açıq şəkildə əvəzləyən deyil, operativ oxşarlardır. Qeyri-ictimai oxşarlar”.

 

Öz növbəsində Qordon qeyd edib ki, onun məlumatına görə, Valdayda Rusiya Prezidentinin oxşarı da yaşayır:

 

“Tək dublyor. Çoxlu plastik əməliyyat etdirmiş adam. O, praktik olaraq Putinin yanında yaşayır, onu izləyir, ünsiyyət qurur, bəzi şeyləri mənimsəyir. Onları ayırd etmək demək olar ki, mümkün deyil”.

Tacxeber.com

Oxşar xəbərlər

“Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır” – Əli Vəliyev

redaktor

Xersonda 24 saatlıq komendant saatı elan edildi

redaktor

İsrailə hücum Xameneinin göstərişi ilə olub, 500 raket atılıb

redaktor