19 C
Bakı
26 Sentyabr 2025 21:08
DünyaHadisə

“Partlayış onlardan 150 metr aralıda baş verib, 5 nəfər ölüb” – Yenilənib

Martın 6-da Rusiyanın Odessanın liman infrastrukturuna raket hücumu nəticəsində 5 nəfər həlak olub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə LIGA.net-ə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençuk məlumat verib.

“Düşmən şəhərin liman infrastrukturunu vurub. Beş nəfər ölən. Yaralıların sayı dəqiqləşdirilir”, – Pletençuk bildirib.

Jurnalistlər qeyd edir ki, Odessaya raket zərbəsi Ukrayna Prezidenti Volodimir Zelenskinin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşündən bir qədər əvvəl həyata keçirilib.

Partlayış diplomatik heyətinin yerləşdiyi yerdən 150 metr aralıda baş verib.

Kiriakos Mitsotakisin sözlərinə görə, onlar hücum zamanı Odessa dəniz limanında olublar. Zelenski və əməkdaşları limanı göstərərək, onun əhəmiyyətindən, habelə mülki gəmilər üçün dəniz dəhlizinin imkanlarını genişləndirmək üçün nəyin lazım olmasından danışıblar.

Tacxeber.com

Oxşar xəbərlər

Üç ayda 138 milyard dollarlıq çip satılıb: Kim daha çox alıb?

redaktor

Bakıda skuter oğruları tutuldu – VİDEO

redaktor

ABŞ və Kanada “Titanik”ə gedən turistlər üçün axtarışları gücləndirib

admin