28 C
Bakı
12 Avqust 2025 21:50
Cəmiyyət

Xırdalanda sahibsiz itlər təhlükəsi – VİDEO

Son vaxtlar Abşeron rayonunun kəndlərində, Xırdalan şəhərinin mərkəzində sürü halında gəzən sahibsiz itlər sakinlər üçün qorxu və təhlükə mənbəyinə çevrilib. Ötən gün “Qobu Park”da azyaşlı uşağın itlərin hücumuna məruz qalması bu faktı bir daha təsdiqləyir.

 

Bu məsələ ilə bağlı Xırdalan şəhəri, 27-ci məhəllənin sakinləri də şikayətçidirlər. Tez-tez sahibsiz itlərin hücumuna məruz qaldıqlarını bildirirlər. Vəziyyət o yerə çatıb ki, adamlar  itin əlindən bloka girib-çıxa bilmirlər.

 

 Qeyd edək ki, ARB TV-nin efirində yayımlanan “Günə Son” verilişində sahibsiz itlərlə bağlı çəkilən sujet efirə gedib.

 

 

Oxşar xəbərlər

İcra başçıları bağça yeməyindən bu qədər qazanırmış.

admin

“Bunları eşidəndə bədənim əsirdi” – Afaq Bəşirqızı

redaktor

Ağadadaş Ağayevlə bağlı insidentin baş verdiyi hospital generala məxsusdur .

admin