25 C
Bakı
23 İyun 2025 15:39
Dünya

Tramp miqrantları təhqir etdi: “Manyakdırlar, qəribə dillərdə danışırlar”

ABŞ-nin keçmiş prezidenti Donald Tramp qeyri-qanuni miqrantları “Quzuların susması” filmindəki adamyeyən və qatil Hannibal Lekterlə müqayisə edib.

 

Tacxeber.com xəbər verir ki, o, bu fikirləri “Right Side Broadcasting Network” media şirkətinə müsahibəsində deyib.

 

O, miqrantları “həbsxanalardan, ruhi xəstəxanalardan və dəlixanalardan gələn zorakı insanlar” adlandırıb:

 

“Bilirsiniz, dəlixanalar “Quzuların səssizliyi” filmindəki kimidir. Hannibal Lekteri tanıyan varmı?”, – deyə eks-prezident auditoriyaya müraciət edib.

 

Tramp deyib ki, bəzi miqrantlar sanki Mars planetindən gələn yadplanetlilər kimi anlaşılmaz dillərdə danışırlar.

 

Qeyd edək ki, Tramp bundan əvvəl bildirmişdi ki, prezident Co Baydenin siyasəti ABŞ-da qeyri-qanuni miqrantların sayının 15 milyona qədər artmasına səbəb olub. Onun fikrincə, hazırkı prezident ölkənin üzləşdiyi miqrasiya böhranının real miqyasını çətin anlayır. Tramp xələfini “sərhədi dərhal bağlamağa” çağırıb və noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə Amerika tarixində ən böyük miqrant deportasiyasına başlayacağına söz verib.

Tacxeber.com

Oxşar xəbərlər

Elon Mask siyasətdən gedir, elə bilirdi siyasət asandır…

admin

Aİİ sammitində Lukaşenko və Paşinyan arasında mübahisə düşüb

redaktor

“Yaşar Əliyev çıxışının sonunda diplomatiya üçün qeyri-standart, eyni zamanda kifayət qədər produktik hərəkət etdi” – RƏY

redaktor