24 C
Bakı
23 İyun 2025 19:07
CəmiyyətHadisə

Sosial şəbəkələrdəkı nasazlıqla bağlı AÇIQLAMA

 

“Facebook” və “İnstagram” kimi “Meta”ya məxsus platformalarda qlobal ciddi problem yaşanır. Hesablardan avtomatik çıxış olur və yenidən daxil olmaq mümkün olmur.

 

Tacxeber.com xəbər verir ki,  Sfera.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, hər dəfə qlobal resursların bu tip çöküşü alternativlərin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir:

“İctimai fikrin formalaşmasına təsir baxımından hələlik ölkəmizdə “Facebook”un da alternativi formalaşmayıb. Bu arada, “Meta”nın giriş(login) sistemində yaranan problemə yalnız “WhatsApp” tab gətirmiş oldu. Keçmiş olsun”.

 

O.Gündüz qeyd edib ki, bəzi istifadəçilər bunu dələduzluq halı olaraq düşünüb narahat olublar:

“Yeri gəlmişkən, “Meta”nın çökən sosial resurslarına giriş zamanı istifadəçilər sistemdən kənarlaşdırılıb, yenidən şifrə tələb olunurdu.

 

Bəziləri bunu hesabın ələ keçirilməsi olduğunu düşünüb ciddi narahatçılıq keçiriblər.

Belə anlarda kiber təhlükəsizliyə cavabdeh dövlət qurumlarının açıqlamalar verməsi da faydalı və doğru olardı”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Diktaturalar, diktatorlar daimi, güclü stress mənbəyidir.

admin

İmam qəbrin üstünə niyə qida qoyulmasından DANIŞDI: “Yas məclisi yeməkxana deyil”

redaktor

Ünvanlı yardımlar 535 manat olacaq – RƏSMİ AÇIQLAMA

redaktor