Dünya

Fransa bu qanunu qəbul edən ilk ölkə oldu

Fransa dünyada qadının hamiləliyini dayandırmaq (abort) hüququnun konstitusiyada təsbit edildiyi ilk ölkə oldu.

 

Tacxeber.comBFMTV-yə istinadən xəbər verir ki, bu qərarı martın 4-də Versal sarayında keçirilən qurultayda toplaşan respublika parlamenti təsdiqləyib.

 

1958-ci il konstitusiyasına belə bir maddə əlavə edilib: “Qadınların hamiləliyini könüllü şəkildə dayandırmaq hüququna qanunla təminat verilir”. Bu, müasir Fransanın təsis sənədinə edilən 25-ci və 2008-ci ildən bəri ilk düzəlişdir.

 

Maddənin konstitusiyaya daxil edilməsinin lehinə 780 deputat, əleyhinə isə 72 deputat səs verib.

Tacxeber.com

Oxşar xəbərlər

AZAL təyyarəsinə görə sığortahaqqı ödəndi

redaktor

Montella bugünkü oyun haqda.

admin

ABŞ və Avropa İrana qarşı yekdil qərara gəlib.

redaktor