30 C
Bakı
12 Avqust 2025 12:26
DünyaMuharibə

Ukraynadan ilk: Peterburqa hücum etməyi bacardı

Sankt-Peterburq şəhərində pilotsuz təyyarə yaşayış binasına çırpılıb.

 

Axar.az xəbər verir ki, bu barədə şəhər qubernatoru Aleksandr Beqlov məlumat verib.

 

Beqlovun sözlərinə görə, hadisə Krasnoqvardeyski rayonunda qeydə alınıb.

 

Hadisə yerində təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir.

 

“Ölən və yaralanan yoxdur. İki evin eyvanının şüşələri qismən zədələnib. Zərərçəkmiş mənzillərin sakinləri təxliyə edilib”, – qubernator öz Teleqram kanalında qeyd edib.

 

Qeyd edək ki, bu, Peterburqun ilk dəfə PUA hücumuna məruz qalması kimi təqdim edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

“Mən Putinə dedim ki, lənətə gəlmiş Moskvanın mərkəzinə zərbə endirəcəyəm!..” – Tramp

admin

Ukraynadan Rusiyaya daha 710 tabut yola salındı

redaktor

Rusiya Azərbaycan İnternetinə müdaxilə edə bilərmi ?

admin