İqtisadiyyat

“Rolls-Royce” dünyanın ən bahalı avtomobilini təqdim etdi

“Rolls-Royce” şirkəti hazırda dünyanın ən bahalı avtomobili olan yeni kabrioletini təqdim edib.

 

Tacxeber.comxəbər verir ki, bu barədə “Hypebeast” portalı məlumat yayıb.

Məlumata görə, söhbət şəxsi sifarişlə hazırlanan “Arcadia Droptail” adlı avtomobildən gedir. Avtomobil 600 at gücü hasil edən 6,75 litrlik V12 tvin-turbo mühərriklə təchiz edilib.

Kabrioletin interyeri bahalı dəri və qızılgül ağacı ilə bəzədilib.
Onun hazırlanması “Rolls-Royce” əməkdaşları üçün 8 min saatdan çox iş saatına başa gəlib.
Avtomobilin qiyməti 30 milyon dollar təşkil edir.

Tacxeber.com

Oxşar xəbərlər

“Bitcoin” 10 aydan sonra yeni rekord həddə çatdı

admin

Azərbaycanda un ucuzlaşdı

redaktor

Dünya ölkələrinin borcu açıqlandı – Ən çox borcu olan 3 ölkə

admin