31 C
Bakı
13 Avqust 2025 17:57
Dünyaİdman

“Liverpul”dan Xavi Alonsoya 3 illik təklifi

 

 

“Liverpul” rəhbərliyi “Bayer”in baş məşqçisi Xabi Alonsoya müqavilə təklif edib.

 

Tacxeber.com  “TEAMtalk”a istinadən xəbər verir ki, İngilitərə klubunun ispaniyalı mütəxəssisə etdiyi təklif 3 illikdir.

 

Alonso “Liverpul”da Yurgen Kloppun yerinə əsas namizəd hesab olunur. Alman məşqçi bu mövsümün sonunda “Liverpul”u tərk edəcək.

 

Qeyd edək ki, Xabi Alonso 2022-ci ildən Leverkuzen təmsilçisini çalışdırır. Bu mövsüm Almaniya çempionatının 23 turundan sonra “Bayer” 61 xalla turnir cədvəlinə başçılıq edir. İkinci yerdə olan “Bavariya”nın aktivində 53 xal var.

 

Xatırladaq ki, “Bayer” UEFA Avropa Liqasının 1/8 finalında “Qarabağ”ın rəqibidir.

Tacxeber.com

Oxşar xəbərlər

Trampın “Rusiyaya gedirəm” sözləri qarışıqlıq yaratdı – görüş Alyaskada olacaq

redaktor

Putin Qərbə meydan oxudu: “Ukraynaya təklif etdiyim şərtləri qəbul etməsəniz…” – VİDEO

redaktor

“Bu hələ başlanğıcdır… İndi əsas odur ki, qorxmayaq…”

admin