20 C
Bakı
23 İyun 2025 07:56
Cəmiyyətİqtisadiyyat

Dollara tələbat artır: devalvasiya olacaq?

 

 

“Milli Bankın keçirdiyi son 3 hərracda 300 milyon dollardan artıq satış olub. Bu isə ondan xəbər verir ki, dollara tələbin artması davam edir. Digər mühüm məqam isə qonşu ölkələrdə milli valyutaların məzənnəsinin dəyişməsinin psixoloji tərəfləridir. Region ölkələrində milli valyutaların dəyər itirməsini müşahidə etdik. Bu da nəticə etibarilə birbaşa valyuta məzənnəsinə təsir göstərir”.

 

Bunu millət vəkili Vüqar Bayramov Bakupost.az -a deyib.

 

Onun sözlərinə görə, dollara tələbatın artması iqtisadi baxımdan idxalın yüksəlməsi, eyni zamanda psixoloji olaraq tələbin artması ilə bağlıdır:

 

“Çünki biz bazarda psixoloji olaraq tələbin yüksəlməsini də müşahidə edirik”.

 

Millət vəkili qeyd edib ki, valyuta məzənnəsinin necə dəyişməsi isə Mərkəzi Bankın mövqeyindən asılı olacaq:

 

“Çünki Azərbaycan üzən məzənnə rejiminə keçmədiyi üçün milli valyutanın kursu birbaşa Mərkəzi Bankın mövqeyi ilə bağlıdır”.

 

Tacxeber.com

Oxşar xəbərlər

Kamil Zeynallı təkcə bu ölkəyə səfər edə bilər – AÇIQLAMA

redaktor

Psixoloqdan qalmaqallı açıqlama: “Bozbaş müğənni”, cinsəl qorunma, təmizlik…”

redaktor

Dizel yanacağının qiymət dəyişikliyi NƏLƏRƏ SƏBƏB OLACAQ?

admin