Cəmiyyət

Seymur Talıbovun təsis etdiyi universitet bağlanır – Nazir açıqladı

“Naxçıvan” Universitetinin fəaliyyətinin dayandırılması ilə bağlı müraciət olub.


Tacxeber.com
 xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.

Onun bildirib ki, ali təhsil müəssisəsinin builki son kurs tələbələri müvafiq qaydada məzun olacaqlar:

“Aşağı kurs tələbələri isə başqa universitetlərə köçürüləcəklər. Yəni tələbənin balı yüksəkdirsə, digər ali təhsil müəssisələri onun qəbul olduğu ildəki qəbul balına görə transfer edə bilər. Aşağı nəticəli tələbələr isə yaşayış yerinə yaxın universitetlərə köçürüləcək”.

Qeyd edək ki, “Naxçıvan” Universitetinin təsisçisi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov olub.

2023-cü ilin əvvəlində “Naxçıvan” Universitetinin təsisçisi dəyişib və universitetə yeni rektor təyin olunub.

Tacxeber.com

Oxşar xəbərlər

İsa Həbibbəylinin qardaşı haqda sensasion xəbər: 11 ton…

redaktor

Meyxanaçılar efirdə Elza Seyidcahanı ələ saldılar – VİDEO

redaktor

Soyuq havanın TRENDİ – Bəh-bəhlə yediyimiz xəngəlin ZƏRƏRLƏRİ

redaktor