23 C
Bakı
24 İyun 2025 11:27
Dünya

Putin kosmosda nüvə silahı yerləşdirmək iddiasını ölkəsinə qarşı “hiylə” adlandırıb

 

“Kosmosda nüvə silahı yerləşdirmək planları barədə Moskvaya qarşı “əsassız ittihamlar” hiylədir”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Rusiya Federal Məclisinə müraciəti zamanı Vladimir Putin deyib.

 

Onun sözlərinə görə, bu, Rusiyanı ABŞ üçün əlverişli şərtlərlə danışıqlara cəlb etmək məqsədi güdür.

 

O, xatırladıb ki, 2008-ci ildə Rusiya kosmosda nüvə silahı yerləşdirməsinin qarşısının alınması təklifini irəli sürüb, lakin ABŞ bu təşəbbüsə cavab verməyib.

 

Rusiya prezidenti ABŞ-nin strateji sabitlik məsələlərində dialoqa maraqlı olması barədə bəyanatlarını prezident seçkiləri ərəfəsində “demaqogiya” adlandırıb:

 

“Onlar hələ də dünyanı idarə etdiklərini göstərmək istəyirlər”.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna müharibəsində İran raketlərindən istifadə olunmayıb – Budanov

redaktor

İsrail HƏMAS-ın “kəşfiyyat rəhbəri”nə məxsus binanı VURDU

redaktor

Kiyevdə 50 yaşdan yuxarı kişilər səfərbərliyə cəlb olunmağa başlayıb

redaktor