Hadisə

Azan əsgərimiz İrəvanda həbs edildi – Bunda ittiham edilir

Ötən gün Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək Ermənistan tərəfə keçən Ruslan Pənahov Ermənistanda həbs edilib.

 

Tacxeber.com xəbər verir ki, ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 44-155-ci maddəsinin 2-ci hissəsinin 7 və 15-ci bəndləri, 335-ci maddəsinin 1-ci hissəsi, 340-cı maddənin 1-ci hissəsi, 44-425-ci maddəsinin 1-ci hissəsi və 469-cu maddəsinin 1-ci hissəsi ilə ittiham irəli sürülüb.

 

Sözügedən maddələr “təxribata cəhd”, “başqalarının həyatı üçün təhlükəli üsulla adam öldürməyə cəhd”, o cümlədən “milli, dini nifrət, dözümsüzlük və düşmənçilik zəminində adam öldürməyə cəhd”, “qanunsuz olaraq odlu silah və döyüş sursatı gəzdirmə və daşıma, qaçaqmalçılıq yolu ilə odlu silah və döyüş sursatı keçirmə, qanunsuz yolla Ermənistan Respublikasının dövlət sərhədini pozma”nı nəzərdə tutur.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyada qəzaya uğrayan təyyarənin göyərtəsində Priqojinin “sağ əli” də olub

redaktor

Ermənini boşayıb, azərbaycanlı ilə evləndi, casusluq üçün üç şərt qoydu… – HƏYAT HEKAYƏTİ Tarixin ən böyük casus qalmaqallarından birinin iştirakçısının ölümü niyə gizlədilib?

admin

Türkiyədə universitetdə partlayış oldu – Yaralananlar var

admin