DinDünyaQalmaqal

Adnan Oktar həbsxanada da rahat durmadı – Qadın vəkillərlə…

 

 

 

8 min 658 il müddətinə azadlıqdan məhrum edilən Adnan Oktarın həbsxanada çoxlu gənc qadın vəkillə görüşdüyü iddialarından sonra barəsində tədbir görülüb.

 

Tacxeber.com musavat.com-a istinadən bildirir ki, Oktar Ərzurum Dumlu Qapalı Həbsxanasından Van Başkale Qapalı Həbsxanasına köçürülüb.

 

Türkiyə Ədliyyə Nazirliyi məsələ ilə bağlı araşdırmalara başlayıb.

 

Məlumata görə, 8 min 658 il həbs cəzası alan Adnan Oktar fəaliyyətini həbsxanada davam etdirərək vəkillər vasitəsilə təşkilat yaşatmağa çalışıb.

 

Bu səbəbdən A.Oktarın həbs müddətinin 43 il 6 ay müddətinə uzadılması tələb edilib.

 

Onun həbsxanada olduğu son 15 gün ərzində 200-ə yaxın vəkillə hüquqi yardım adı altında görüşlər keçirdiyi bildirilir.

 

Tacxeber.com

 

Oxşar xəbərlər

İran Netanyahunun evinə hücumla bağlı xəbərləri yalanladı

redaktor

Azərbaycanda həbsdə olan 16 jurnalistin adı Avropa Şurası Platformasının hesabatına daxil edilib

admin

Eynşteynin Atatürkə məktubu: 40-dan çox yəhudi alimi necə xilas edildi?

redaktor