11 C
Bakı
30 Mart 2026 01:11
Gündəm

“Zelenski Ermənistana gəlsə, Azərbaycan bundan istifadə edib Ermənistana hücum edəcək” – Manukyan

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Ermənistana mümkün səfəri İrəvanla Moskva arasında münasibətlərdə dönüş nöqtəsinə çevriləcək”.


Tacxeber.com
xəbər verir ki, bunu parlamentdə müxalifətdən olan Ermənistan fraksiyasının deputatı Areqnaz Manukyan deyib.

“Xarici qüvvələr Rusiyaya qarşı ikinci cəbhə açmaq üçün Zelenskinin Ermənistana səfərini təşkil etmək niyyətindədirlər. Bu səfər baş tutsa, Ermənistanla Rusiya arasında münasibətlərdə dönüş nöqtəsinə çevriləcək. Azərbaycan bundan mütləq istifadə edəcək və Ermənistana hücum edəcək”, – o qeyd edib.

O, həmçinin əlavə edib ki, Baş nazir Nikol Paşinyan erməni Zelenski və ya Saakaşvili olmaq niyyətindədir.

Qeyd edək ki, daha əvvəl “Factor.am” portalı mənbələrə istinadla Zelenskinin Ermənistanın paytaxtına mart ayına planlaşdırıldığı səfəri barədə məlumat yayıb. Paşinyanın hakim partiyasının nümayəndələri belə bir səfərin təşkilinin mümkünlüyünü istisna etməyiblər.

Tacxeber.com

Oxşar xəbərlər

Soçi görüşünün məqsədi budur – Putin

redaktor

Narginə birləşən Bakı

redaktor

Geyiminə görə Qətərdə etirazlara səbəb olan qız Bakıya gəlir

redaktor