Cəmiyyət

Şəmsəddin Hacıyevdən keçmiş kürəkəninin toy mərasimi ilə bağlı AÇIQLAMA – “Bu, axmaq hərəkətdir”

Eks millət vəkili Şəmsəddin Hacıyevin bu gün sabiq kürəkəni Seymur Orucovun toy mərasimini eşidərək xəstəxanaya yerləşdirilməsi ilə bağlı xəbər yayılıb.

 

Tacxeber.comxəbər verir ki, ”manset.az” məsələ ilə bağlı İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyev ilə əlaqə saxlayıb.

 

O, açıqlamasında qızı Çeşmi Hacıyevanın Seymur Orucovdan 2 il bundan əvvəl boşandığını qeyd edib.

 

“Bu çox axmaq hərəkətdir. Belə publik formada olmalı idi ya olmalı deyildi, qoy ona jurnalistlər cavab tapsın. Mənim qızım 2 il əvvəl ondan boşanıb. Mən niyə onun evlilik xəbərini eşidib xəstəxanaya düşməliyəm? Bu söhbətlər absurddur.”

Qeyd edək ki, bu gün sabiq millət vəkili Şəmsəddin Hacıyevin keçmiş kürəkəni, Ağstafa rayon İcra hakimiyyətinin başçısı Seymur Orucovla tanınmış aparıcı Alidə Mustafayevanın şəhərin lüks restoranlarından birində toy mərasimi baş tutacaq.

Tacxeber.com

Oxşar xəbərlər

“Evə pul gətirməsəm, analığım mənə çörək vermirdi”

admin

Zülfiyyə Bayramovanın mədəsində yenidən ŞİŞ AŞKARLANDI – FOTO

admin

Azercell-in “1 manat – 1 gün” prinsipi dəyişməyib, qüvvədədir – Sadəcə ağlasığmazdır.

admin