Gündəm

Keçmiş kürəkəninin toy xəbərini eşidən Şəmsəddin Hacıyev xəstəxanaya yerləşdirildi

Xəbər verdiyimiz kimi, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bu gün ikinci dəfə ailə həyatı qurur. Məmur uzun müddət ATV və İTV-də fəaliyyət göstərən tanınmış aparıcı Alidə Mustafayeva ilə izdivaca girir.

 

Tacxeber.comxəbər verir ki, Yenisabah.az-ın əldə etdiyi məlumata görə, toy xəbəri icra başçısının keçmiş xanımı və onun ailəsi tərəfindən qəzəblə qarşılanıb.

 

Seymur Orucovun eks həyat yoldaşı Çeşmi Hacıyevanın atası, sabiq deputat Şəmsəddin Hacıyev nəvələrinin atasının ikinci dəfə ailə həyatı qurduğunu eşidəndə dərin sarsıntı keçirib.

 

Bu xəbərdən sonra onun səhhəti kəskin şəkildə pisləşib və təcili xəstəxanaya yerləşdirilib. Sabiq deputatın hazırda həkim nəzarətində olduğu bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

“Ölkədə tuta-tut davam edir, lap 37-də olduğu kimi” – Cəmil Həsənli

admin

Qarabağdan gedən rus sülhməramlılarını ermənilər əvəz edir – Sensasion iddia

admin

Kamran Həsənli: “Onlar ördəkdir, qoyundur, “petux“dur“

redaktor