
Ermənistan Milli Təhlükəsizlik Xidməti əlverişsiz hava şəraitində istiqaməti itirərək azan Azərbaycan hərbçisi barədə məlumat yayıb.
Tacxeber.comxəbər verir ki, qurum hərbçimizin saxlanıldığını bilirib.
Açıqlamada deyilir ki, fevralın 28-də saat 05:15 radələrində Azərbaycan-Ermənistan şərti sərhədinin Sünik vilayətinin Teğ kəndi istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin hərbçisi təmas xəttini keçib.
Hərbçimizin Ermənistan ordusunun əsgərləri tərəfindən saxlanıldığı bildirilir. Hadisə ilə bağlı cinayət işi açılıb.