16 C
Bakı
27 Sentyabr 2025 03:22
Dünya

Alen Delonun evindən GÖRÜN nə tapıldı

Fransa jandarm qüvvələri 88 yaşlı aktyor Alen Delonun evindən onlarla odlu silah tapıb.

 

“Parisien” qəzetinin məlumatına görə, Delonun yoldaşı Hiromi Rollin aktyorun lazımi müalicə almamasından, evinin silahla dolu olmasından narahatlığını bildirib. Eyni zamanda Delonun evində olan tapança və ov tüfəngləri üçün icazələrinin olduğu müəyyənləşib.

 

Yanvarda Fransa məhkəməsi aktyorun əmək qabiliyyətini məhdudlaşdırıb. O, daşınmaz əmlakın satışı kimi mühüm işlər istisna olmaqla, başqa müstəqil hərəkətlər edə bilər. Bunun üçün məsuliyyət indi Delonun məhkəmə tərəfindən təyin edilmiş nümayəndəsinə həvalə edilib. 88 yaşlı kino ulduzunun səhhəti ilə bağlı onun ailə üzvləri və yaxın ətrafı arasında məhkəmə prosesləri davam edir. Belə ki, aktyorun kiçik oğlu Alen Fabyen atasının zəifliyindən sui-istifadə etdiyi iddia edilən bacısı Anuşkadan prokurorluğa şikayət edib.

 

Bundan əvvəl Hiromi Rollin Delonun övladlarını atalarını öldürməyə cəhddə ittiham etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Moskvada Azərbaycan neftini daşıyan şirkətin ofisinə basqın edildi – FOTOlar

redaktor

Dünyanı ŞOKA salan araşdırma: Qiyamət yaxınlaşır, yalnız bu ölkələr salamat qalacaq

redaktor

Ukrayna rusların nüvə təyyarələri aerodromuna hücum etdi

admin