20 C
Bakı
24 İyun 2025 04:49
Cəmiyyət

Xalq artisti Emin Ağalarov Bakıda 4 mərtəbəli avtodayanacaq tikir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən “Sea Breeze” istirahət zonasının ərazisində avtodayanacaq binasının tikintisinə icazə verib.

 

Tacxeber.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi sahəsi 22 min 305,1 kv. metr olacaq avtodayancaq binası 4 mərtəbədən ibarət olacaq.

Məlumat üçün bildirək ki, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Nardaran İnvest” MMC-yə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsində yerləşən  “Sea Breeze” istirahət zonasının ərazisində çoxsaylı yaşayış binalarının tikintisinə icazə verib.

Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.

Tacxeber.com

Oxşar xəbərlər

REAL-ın qeydiyyatı ləğv edilsə, Erkin Qədirli mandatından imtina edəcək

admin

Bioloji aktiv qida məhsullarının reseptə yazılmasına görə cərimələr artırılır

redaktor

Həcc mafiyası

admin