21 C
Bakı
21 İyun 2025 22:21
DünyaSiyasət

Simonyan elan etdi: Rusiya sərhədçiləri Ermənistandan çıxarılır

 

 

“Rusiya sərhədçilərinin “Zvartnots” hava limanını tərk etməsi düzgün olardı”.

 

Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

 

Simonyan qeyd edib ki, bu, onun şəxsi fikridir, lakin belə müzakirələrin aparıldığı haqda məlumatı yoxdur. Erməni spiker istisna etməyib ki, təhlükəsizlik orqanları bununla bağlı müzakirələr aparıb.

 

“Rusiya hərbçilərinin ölkəmizin sərhədlərini qoruyacağına əmin deyiləm. Bir neçə dəfə sübut olunub ki, onlar sərhədləri qorumayıblar, əksinə, ordakı durumu daha da həssas etmək üçün hər şeyi ediblər. Qarabağa gəldilər, nə etdilər? Erməniləri müşaiyət etdilər, sonra onları çıxartdılar. Bir gün gəlib məni də, səni də “Zvartsnots”dan müşaiyət edəcəklər”, – Simonyan jurnalistlərin suallarını cavablandırarkən deyib.

 

Bu, Rusiya hərbçilərinin Ermənistandan çıxarılması istəyi haqda rəsmi İrəvanın ilk açıqlamasıdır. Bir neçə gün öncə Ermənistan mediası rus sərhədçilərinin İrəvandakı “Zvartsnots” hava limanından çıxarılmağa başladığı haqda məlumat yaymışdı, lakin rəsmi şəkildə təsdiq olunmadı. Simonyanın açıqlaması isə rus sərhədçilərin hava limanından çıxarılacağının anonsu hesab edilə bilər. Bunun Ermənistandakı Rusiya hərbçilərinin tamamilə çıxarılması, hərbi bazanın ləğv edilməsinin başlanğıcı olacağı da istisna edilməməlidir. (Publika.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Putin Quranı öpdü – Video

redaktor

Paşinyan onları Bakıya təhvil verəcək – ŞOK İDDİA

redaktor

ABŞ Nümayəndələr Palatasının 21 üzvü Qubad İbadoğlu ilə bağlı qətnaməni imzaladı

admin