20 C
Bakı
23 İyun 2025 06:28
Dünya

Putin Abramoviçlə razılaşıb – Navalnı dəyişdirilirdi

Rusiyalı siyasətçi Aleksey Navalnı gözlənilən mübadilədən xəbərdar olub və bununla razılaşıb.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Röyters” Rusiyadakı mənbəsinə istinadən məlumat yayıb.

 

Jurnalistlərin fikrincə, mübadilə fevralın ortalarında baş verməli idi, nəticədə VSJ-nin jurnalisti Evan Gerşkoviç də azad edilməli idi.

 

“Əvvəlcə planda yalnız Gerşkoviçin iştirakı ilə mübadilə nəzərdə tutulurdu və Abramoviç bunu Putinlə müzakirə etdi. Putin onu Krasikov ilə dəyişməyə hazır idi. Amma almanlar bunun qəti əleyhinə idilər, çünki bu, Amerikanın problemi idi. Navalnı plana daxil ediləndə almanlar razılaşdılar”, – mənbə “Röyters”ə bildirib.

 

Mənbələr bildirilib ki, mübadilə ilə bağlı danışıqlar son mərhələyə çatıbmış və artıq hər şey razılaşdırılıbmış.

Putinlə birbaşa danışıqları isə oliqarx Roman Abramoviç aparırmış.

 

Qeyd edək ki, 16 fevralda cəzaçəkmə müəssisəsində qəfildən ölən Navalnının Almaniyada həbsdə olan rusiyalı agent Vadim Krasikovla mübadiləsinin razılaşdırıldığı haqda bundan öncə də məlumat yayılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər

“Samsung” Rusiyadan tankerlər üçün avadanlıq istehsalını dayandırdı

admin

Əkrəm İmamoğlu bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırıldı

redaktor

Yunanıstan Baş naziri: “Sanksiyalara görə rus turistlər bu yay Türkiyəyə getdilər”

admin