26 C
Bakı
21 İyun 2025 18:42
Dünya

Prezidentin nazir təyin etdiyi 45 yaşlı Əhmədov kimdir?

Prezident İlham Əliyevin sərəncamı ilə Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

 

Tacxeber.com xəbər verir ki, nazir təyin edilən Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub.

 

O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə) alıb.

 

2004-cü ildə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspirantı olub, 2009-cu ildə Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

 

2009-cu ildə doktorantura pilləsi üzrə təhsili almaq məqsədilə İngiltərənin Oksford Universitetinə “Weidenfeld” təqaüdçüsü olaraq daxil olub və 2016-cı ildə həmin universitetin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

 

F.Əhmədov 2000-2004-cü illərdə “Ədalət” hüquq firmasında hüquqşünas, 2004-2006-cı illərdə Konstitusiya Məhkəməsi Aparatının Beynəlxalq hüquq şöbəsində böyük məsləhətçi, 2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

 

O, 2009-2011-ci illərdə Oksford Universitetinin “Foreign Service” proqramında magistratura pilləsində beynəlxalq hüquq fənni üzrə seminar müəllimi, 2011-2015-ci illərdə ADA Universitetində hüquq sahəsi üzrə baş müəllim olub.

 

2015-2017-ci illərdə “Azərbaycan” Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.

 

2021-ci ildən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri, 2022-ci ilin mayından hazırkı təyinata qədər isə nazir müavini olub.

 

Rus və ingilis dillərini bilir.

Tacxeber.com

Oxşar xəbərlər

“Wikipedia” məlumatlarına Priqojinin ölüm tarixi əlavə edildi, amma… – FOTO

redaktor

İnsanları qorxuya salan kobra təəccübləndirdi: Yuvasından qaçandan sonra… – FOTOLAR

admin

Bayden Ukraynaya kaset sursatlarının tədarükünü təsdiqləyib – The Washington Post

redaktor