28 C
Bakı
13 Avqust 2025 19:30
Dünya

NATO Ukraynaya qoşun göndərməyəcək

NATO-nun Ukraynaya döyüş qüvvələri göndərmək planı yoxdur.

 

Tacxeber.com AP-yə istinadla xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.

 

O bildirib: “NATO müttəfiqləri Ukraynaya görünməmiş dəstək verir. Biz bunu 2014-cü ildən edirik və genişmiqyaslı işğaldan sonra gücləndirmişik. Lakin Ukraynada NATO-nun döyüş qoşunlarının yerləşdirilməsi planı yoxdur”.

 

Fevralın 26-da Parisdə Ukraynanın müttəfiqləri olan 20 ölkənin dövlət və hökumət başçılarının toplantısına ev sahibliyi edən Fransa prezidenti Emmanuel Makron Ukraynaya quru qoşunlarının göndərilməsi ilə bağlı konsensusun olmadığını desə də, bunu istisna etməyib.

Tacxeber.com

Oxşar xəbərlər

İran İsrailin qırıcı təyyarələrini və PUA-larını məhv etdi

redaktor

Zatulin: “Ermənistan açıq-aşkar Rusiya ilə əlaqələri pozur”

redaktor

“Ukraynaya yardımın ləngiməsi döyüş meydanında vəziyyətlə bağlı deyil” – ABŞ demokrat konqresmeni

admin