CəmiyyətŞikayət

İcra başçısı Xocalı tədbirində niyə iştirak etmədi?

Bu gün Ağstafada Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbirdə rayon icra hakimiyyətinin başçısı Seymur Orucov iştirak etməyib.

 

Tacxeber.com “Azərbaycan Reallığı”na istinadən xəbər verir ki, RİH-in keçirilən tədbirlə bağlı yaydığı məlumatda icra başçısının iştirak etməməsi sual doğurub.

 

Tədbirdə başçının birinci müavini Müşfiq Hüseynov, RİH-in və hüquq-mühafizə orqanlarının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Şəhidlər Memorial kompleksi ziyarət olunub.

 

Bundan əlavə, Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş dəyirmi masa isə başçının digər müavini Lalə Eyyubovanın sədrliyi ilə keçirilib.

 

Məsələ ilə bağlı RİH-ə sorğu ünvanlanıb. Bildirilib ki, icra başçısı bu gün işə getməmək üçün icazə alıb. RİH-dən hər şeyin qaydasında olduğu, narahatlığa heç bir əsasın olmadığı bildirilib və digər məlumat verilməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Peşmanlıq hissi yaradan 10 şey

redaktor

“AzDrama”dan çaqqal səsləri gəlir”

redaktor

Nadir Qafarzadə Rusiyadan ev alır

admin