GündəmHadisə

Bakıda həkim sevgilisi ilə birgə həyat yoldaşını döydü

Tanınmış həkim-onkoloq İbrahim Əsədli öz həyat yoldaşı Aynur Əsədlini döyüb.

 

Tacxeber.com “Unikal”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda yerləşən “Loğmed” klinikasının qarşısında baş verib.

 

Belə ki, İbrahim Əsədlinin qeyri-rəsmi münasibətdə olduğu Aynur adlı qadın və həyat yoldaşı Aynur Əsədli arasında mübahisə yaşanıb. Daha sonra İ.Əsədli A.Əsədliyə qarşı şiddət göstərib.

 

Hadisədən sonra Aynur Əsədli Nizami Rayon Polis İdarəsinin 25-ci polis bölməsinə ərizə ilə müraciət edib. Artıq iş üzrə ekspertiza təyin olunub.

 

Qeyd edək ki, döyülən qadın da həkimdir. Belə ki, Aynur Əsədli Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda çalışır.

 

Faktla bağlı araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Biləsuvarda yeniyetmə “Tik-tok”da gördüyünü hazırlamaq istədi, zəhərləndi.

admin

Putin Priqojindən qisas aldı? – AÇIQLAMA

redaktor

Əliyev ağırlıqqaldırma bacarığını nümayiş etdirdi – Foto

redaktor