16 C
Bakı
27 Sentyabr 2025 02:04
Dünya

Putin görüşümüz zamanı məndən bunu tələb etdi – Zelenski

Rusiya Prezidenti Vladimir Putin 2019-cu ildə Donbasda atəşkəsə çağırmışdı.

 

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Ukrayna. 2024” forumunda çıxışında deyib.

 

Onun sözlərinə görə, 2019-cu ildə Parisdə keçirilən “Normand dördlüyü” sammitində şəxsi görüşü zamanı Putin ondan Ukraynanın cənub-şərqində atəşkəsin əldə edilməsini istəyib:

 

“Mən ona dedim ki, Minsk razılaşmaları işləmir, çünki qoşunların təmas xəttinə çəkilməsi ideyasının özü işləmir. O, daim atəşkəs məsələsini gündəmə gətirirdi. Dedim ki, biz hələ 20 il dondurulmuş münaqişə vəziyyətində olacağıq ki, bu da müharibənin bitmədiyini göstərir. Bu barədə danışdıq”.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna lideri Vladimir Zelenskinin 2019-cu ilin dekabrında Fransa Prezidenti Emmanuel Makronu, sonra isə Almaniya kansleri Angela Merkeli aldatdığını açıqlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Bu ölkənin bir neçə saatlıq 2 PREZİDENTİ OLUB

redaktor

Ceki Çanın son halı sevənlərini təəccübləndirdi

redaktor

Ukrayna Kurskda hücuma keçdi: Şiddətli döyüşlər gedir.

admin