24 C
Bakı
22 İyun 2025 13:17
DünyaMuharibə

Berbokun avtomobilini rus dronu izləyib – Şok

 

Almaniya xarici işlər naziri Annalena Berbokun Nikolayev şəhərinə səfərini vaxtından əvvəl yarımçıq dayandırmasına səbəb onun kortejini Rusiyaya məxsus pilotsuz uçuş aparatının izləməsi olub.

 

Bu barədə “Bild” qəzeti məlumat yayıb.

 

Məlumata görə, maşın karvanında “Bild”in əməkdaşı Nadya Asvad da olub və o, hadisə barədə yazıb:

 

“Rusiyanın kəşfiyyat pilotsuz təyyarəsi maşın karvanına yaxınlaşdı. Ukrayna nümayəndə heyətinin üzvlərinin smartfonuna həyəcan siqnalı gəldi və sürücülər drondan uzaqlaşmağa çalışırlar. Lakin o, maşın karvanının arxasınca uçaraq onları təqib etdi. Sonda sürücülər drondan yaxa qurtarmağı bacardılar”.

 

Qeyd edək ki, fevralın 24-də Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynanın Odessa şəhərinə səfəri zamanı həyəcan siqnalı səbəbindən 4 saat sığınacaqda qalmalı olub. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər

Reznikov: Rusiya hər gün 600 əsgər itirir

redaktor

BBC-nin məşhur siması uşaq pornosuna görə cəzalandırıldı

admin

Ərimin dedikləri və ya etdikləri ilə həmişə razılaşmıram” –  Melaniya Tramp

redaktor