11 C
Bakı
29 Mart 2026 10:45
Dünyaİdman

“Xaricdəki qapıçılarımız arasında ən güclüsü Lunyovdur” – Rusiya millisinin məşqçisi

 

 

Rusiya millisinin qapıçı məşqçisi Vitali Kafanov “Qarabağ”ın qolkiperi Andrey Lunyovun çıxışını dəyərləndirib.

 

O, “championat.com”a müsahibəsində qeyd edib ki, Lunyov “Qarabağ”ın “Braqa” ilə oyununda komandasına çox kömək edib.

 

“Braqa” ilə oyundan sonra Lunyovla danışdəm. Onu təbrik etdim. “Qarabağ” Azərbaycan üçün böyük iş gördü: Avropa Liqasının 1/8 final mərhələsi onlar üçün uğurdur. “Braqa”nı keçmək çox çətin idi, amma “Qarabağ”ın oyunçuları əla idi. Lunyovun seyvləri də növbəti mərhələyə adlamaq üçün böyük töhfə verdi”.

 

Kafanov Lunyovun ölkə xaricində oynayan rusiyalı qapıçılar arasında ən güclüsü olduğunu bildirib:”Mən Lunyovu “Ufa”dakı karyerasının əvvəlindən tanıyıram. Ola bilsin ki, razılaşmasın, amma məncə, “Qarabağ”dakı oyunları onun karyerasının ən yaxşı dövrüdür. Onu digər rusiyalı qapıçılarla müqayisə etmək düzgün olmazdı. Çünki biz avrokuboklarda çıxış etmirik. Andrey Avropa Liqasının rəmzi komandasına da daxil edildi. Bu, yaxşı tanınmaqdır. Xaricdə oynayan bütün rusiyalı qapıçıları izləyirik. Onların arasında indi ən güclüsü Andrey Lunyovdur”.  (Qol)

Tacxeber.com

Oxşar xəbərlər

Rəşad Sadıqov məğlubiyyət və hakimlikdən danışdı.

admin

İsrail Türkiyə Dostluq Xəstəxanasını vurdu

redaktor

Məşhur türkiyəli alim dəhşətli İstanbul zəlzələsi proqnozu verdi: şəhəri tərk etmək qərarını açıqladı

redaktor