29 C
Bakı
14 Avqust 2025 19:35
DünyaSiyasət

Trampdan vəd – Prezident seçilsə…

 

 

ABŞ-ın eks-prezidenti, 2024-cü il seçkisinin favoriti Donald Tramp noyabrda keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə ABŞ tarixində ən böyük miqrant deportasiyasına başlayacağını bildirib.

 

Resspublikaçı namizəd bunu dünən Vaşinqtonda keçirilən illik “Mühafizəkar siyasi fəaliyyət” konfransında (CPAC) bildirib. Tramp deyib: “Bu, ölkəmizin tarixində ən böyük deportasiya olacaq. Və bizim başqa seçimimiz yoxdur”.

 

Qeyd edək ki, qanunsuz miqrant axını hazırda ABŞ-ın ən böyük problemlərindən biridir. Amerikalılar bu durumdan çox narazıdırlar. Hər gün Meksika ilə sərhəddən 5-8 min arası qanunsuz miqrant ABŞ ərazisinə daxil olur. Onların arasında meksikalılar, venesuelalılar, kolimbiyalılar, eləcə də Cənubi Amerikanın digər ölkələrinin vətəndaşları var.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ayətullah Xamnəi məhbuslar üçün 4 milyard ödədi

redaktor

Çin yeni virusla mübarizə aparır: Sürətlə yayılır

redaktor

Rejissor kinotənqidçiyə hücüm etdi, DİN araşdırmaya başladı

redaktor