2 C
Bakı
11 Fevral 2026 04:31
Dünya

“Paşinyan KTMT-dən çıxmaqla bağlı qərar qəbul edə bilməz” – Lukaşenko

“Minsk İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxması ilə bağlı heç bir açıqlama almayıb”.


Tacxeber.com
 TASS-a istinadla xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
O bildirib ki, Ermənistan təşkilatın üzvü olaraq qalmalıdır:

“Əgər onlar KTMT-də olmaq istəmirlərsə, təşkilat dağılmayacaq, məhv olmayacaq”.

Lukaşenko əlavə edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin KTMT-dən çıxması ilə bağlı qərar qəbul edə bilməz:
“Ermənistanda hakimiyyət sistemi Belarusdakı kimi deyil. Paşinyan nə girmək, nə də çıxmaq barədə qərar verə bilməz. Orada parlament qərar verir”.

Belarus prezidenti hesab edir ki, Paşinyan tələsik olub və Ermənistanın KTMT-də iştirakını dondurmaq barədə emosional bəyanat verib.

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğanın mühafizə qrupu qəzaya düşdü: ölü və yaralılar var

admin

Qərbin İrana hərbi müdaxiləsi… – Ekspert

admin

Rusiya danışıqlar masası arxasında oturmağa məcbur edəcəyik – V. Zelenski

admin