14 C
Bakı
26 Mart 2026 15:48
DünyaGündəmSiyasət

Aleksey Navalnının cənazəsi anasına verildi

 

 

Aleksey Navalnının cənazəsi anası Lyudmila Navalnayaya verilib.

 

Bu barədə siyasətçinin mətbuat katibi Kira Yarmış məlumat yayıb.

 

“Alekseyin cəsədi anasına verildi. Bunu bizimlə birlikdə tələb edən hər kəsə təşəkkür edirik. Lyudmila İvanovna Saleharddadır. Dəfn hələ qarşıdadır. Səlahiyyətlilərin dəfnin ailənin istədiyi və Alekseyin layiq olduğu şəkildə həyata keçirməsinə mane olub-olmayacağını bilmirik. Məlumat əldə olunduqca xəbər verəcəyik”, – Yarmış bildirib.

 

Qeyd edək ki, fevralın 24-də səhər saatlarında Aleksey Navalnının həyat yoldaşı Yuliya müraciət edərək, mərhum siyasətçinin cəsədi ailəyə verilmədiyi üçün Vladimir Putini tənqid edib:

 

“Bu gün ərimin vəfatından doqquz gün keçir. Putinin Aleksey Navalnını öldürməsindən doqquz gün keçib. Lakin Putin üçün qətl kifayət etmədi. İndi o, cəsədini girov saxlayır”, – Yuliya Navalnaya bildirib.

 

O, Putinin Allaha inamını yalan adlandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Ukraynanı Rusiya ərazisinə daha dərindən zərbə endirməyə imkan verən silahlarla təmin edir

redaktor

Ərdoğan Kılıçdaroğludan danışdı: “Ona yerini göstərəcəyik“

redaktor

Dolların ucuzlaşması fonunda qızılın 2028-ci ilə qədər bahalaşması gözlənilir.

redaktor