19 C
Bakı
26 Sentyabr 2025 21:54
Dünya

Zelenski “Netflix” serialında rol aldı – Video

Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın “Netflix” yayım platformasında “Turning Point: The Bomb and the Cold War” (“Həlledici an: Bomba və Soyuq Müharibə”) sənədli serialında rol alıb.

 

Tacxeber.com xəbər verir ki, doqquz seriyadan ibarət layihənin treyleri yutubda yayımlanıb.

Serial martın 12-də yayımlanacaq. Personajlar soyuq müharibənin ilkin şərtlərini, nüvə bombasının yaradılmasını, SSRİ-nin dağılmasını və Rusiya-Ukrayna müharibəsini müzakirə edəcəklər. Treylerdə Zelenski bildirib ki, Rusiya Ukraynanı öz mülkü hesab edir.

Serialda Ukrayna prezidenti ilə yanaşı, NATO-nun baş katibi Yens Stoltenberq, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Robert Qeyts və keçmiş dövlət katibi Kondoliza Rays da iştirak edəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Şahruddinin çixış etdiyi “Adana Demirspor” “Fənərbaxça”ya qarşı belə oynadı – Video

admin

Paşinyanın arvadı erməni diplomatları təhqir etdi – Ermənistan XİN susdu

redaktor

Berbokla kansler arasında NƏ BAŞ VERİR? – Şoltsla şəkil çəkdirmək istəmədi

redaktor