20 C
Bakı
24 İyun 2025 08:37
İdmanMüsahibə

“Məni məyus edən “Qarabağ”ın vurduğu ikinci qolu oldu” – Jorje

 

 

Komandam yaxşı mübarizə apardı. Amma sonra qəbulolunmaz səhvlərə yol verdik. Bu da oyunun taleyini həll etdi.

 

Bu sözləri Portuqaliyanın “Braqa” komandasının baş məşqçisi Artur Jorje Avropa Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

 

Əlli üç yaşlı mütəxəssis bildirib ki, komanda tez bir zamanda bərpa olmalıdır: “Oyunçularım çox yoruldular. Heyətdə müəyyən dəyişikliklər etmişdim. Çünki buna məcbur idim. Əslində, 90 dəqiqədə ərzində tarazlığı yarada bilmişdik. Məni məyus edən “Qarabağ”ın vurduğu ikinci qolu oldu. Məqsədimiz mərhələni adlamaq idi, amma alınmadı. Bundan sonra bütün fikrimizi Portuqaliya Premyer Liqasına yönəltməliyik”.

 

Qeyd edək ki, səfərdəki ilk matçda rəqibinə 4:2 hesabı ilə qalib gələn “Qarabağ” iki görüşün nəticəsinə əsasən tarixində ilk dəfə 1/8 finala vəsiqə əldə edib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Arda Gülər Avropa çempionatlarının tarixinə düşdü

redaktor

AFFA baş məşqçiyə 5 oyunluq cəza verdi

admin

“Qarşıda komandamızı üç ağır matç gözləyir. Ancaq ən çətini sabah “Qarabağ” ilə keçirəcəyimiz oyundur”. – Xabi Alonso

admin