24 C
Bakı
26 Sentyabr 2025 15:20
CəmiyyətHadisə

İsmayıl Vəliyev və digərlərinin cəzası azaldıldı

Neftçalanın sabiq icra başçısı İsmayıl Vəliyev və onunla birgə məhkum edilən şəxslərin kassasiya şikayətlərinə baxılıb.

 

Tacxeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda apellyasiya instansiyasının qərarı dəyişdirilib.

 

Qərara əsasən, İsmayıl Vəliyevin cəzası 6 il 2 aya, Vurğun Əkbərovunku 6 ilə, Əjdər Kərimovun cəzası 5 il 10 aya, Vüqar Nağıyevinki 5 il 8 aya, Telman Zahidov və Anar Cəfərovun cəzaları 5 il 6 aya, Gültəkin Sadıqovanın cəzası isə 4 il 6 aya endirilib.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs ediliblər.

 

Şirvan Apellyasiya Məhkəməsinin yekun qərarı ilə İsmayıl Vəliyev 9 il 6 ay, Əjdər Kərimov və digərləri 8 il, Gültəkin Sadıqova 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Tacxeber.com

Oxşar xəbərlər

SSRİ-nin ilk qadın nazirinin oğlu anasının başına oyun açıb: “Məni aldatdı ki…” – VİDEO

redaktor

Aeroport taksilərinin qiyməti haqda açıqlama: 80, 50 yoxsa 25 manat?

redaktor

“İsti başla nəsə deyə bilmərəm” – Musa Qurbanlı

admin