21 C
Bakı
22 İyun 2025 05:55
Dünya

Bir həftədə rusların 7 döyüş təyyarəsi vurulub – Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski ötən həftə Rusiyanın 7 Suxoy (Su) tipli döyüş təyyarəsinin vurulduğunu açıqlayıb.

 

Tacxeber.com xəbər verir ki, Zelenski dünən axşam verdiyi açıqlamasında deyib:

 

“Hərbi Hava Qüvvələrimizə və səmamızı müdafiə edən hər kəsə təşəkkür etmək istəyirəm. Rusiya hərbi təyyarələri ilə bağlı yaxşı nəticələr var. Bir həftə ərzində Rusiyanın ‘Su’ reaktivləri olan 7 döyüş təyyarəsi vurulub. Bu il ölkəmiz üçün ən mühüm hədəflərdən biri səmanı və ön mövqelərimizi Rusiyanın hava və raket hücumlarına qarşı müdafiə etməkdir”.

 

Yeni təhlükəsizlik razılaşmaları etməyi planlaşdırdıqlarını bildirən Zelenski, “Tərəfdaşlarımızla yeni təhlükəsizlik müqavilələri hazırlayırıq. Bunlar çox vacib müqavilələrdir. Bunlara döyüşçülərimizə yeni müdafiə dəstəyi, dövlətimiz üçün çox xüsusi maliyyə təminatları və Ukraynanı, dövlətimizi, cəmiyyətimizi daha böyük imkanlara, dünya ilə daha geniş qarşılıqlı əlaqəyə və daha böyük gücə yaxınlaşdıran siyasi əməkdaşlıq daxildir.

Önümüzdəki həftələrdə bir neçə yeni təhlükəsizlik sazişi hazırlayırıq. Bunları hazırlayan komandalarımıza və tərəfdaşlarımıza minnətdaram”, deyib.

Tacxeber.com

Oxşar xəbərlər

“Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir…”-Katolikosun Vatikandakı nümayəndəsi

admin

Solovyovun verilişində dava: Biz öz əsgərlərimizi qurban veririk, amma siz… – VİDEO

redaktor

Ermənistanda Hikmət Mirzəyev qorxusu – Bakı nəyə hazırlaşır?

redaktor