Cəmiyyət

Rusiyadakı səfirliyimiz Kamillə bağlı məlumat yaydı

Azərbaycanın Rusiyadakı səfirliyi Kamil Zeynallının Moskvada saxlanılması ilə bağlı məlumat yayıb.

 

Tacxeber.comxəbər verir ki, məlumatda deyilir:

 

“Bu gecə Moskvanın Domodedovo Hava Limanında Ermənistanın sorğusu əsasında Azərbaycan vətəndaşı Kamil Zeynallı saxlanılıb.

 

Sorğu MDB-yə üzv ölkələrin Dövlətlərarası müqaviləsi çərçivəsində edilib. Azərbaycan vətəndaşının saxlanıldığı məlum olan kimi səfir Polad Bülbüloğlunun tapşırığı ilə hava limanına konsul və vitse-konsul göndərilib və onlar vəziyyəti yerində aydınlaşdırıblar. Hazırda diplomatik nümayəndəliyin əməkdaşları saxlanılanın yanındadır”.

 

Qeyd olunub ki, fevralın 21-də səhər tezdən səfirlik tərəfindən dəvət olunmuş vəkil K.Zeynallı ilə görüş keçirib və onun qanunla nəzərdə tutulmuş hüquqlarını izah edib.

 

Hazırda Azərbaycan Respublikasının səfirliyi Rusiya Federasiyasının qanunvericiliyi çərçivəsində zəruri hüquqi tədbirlər görür və saxlanılanın hüquqlarının təmin edilməsi üçün bütün səylərini göstərməkdədir.

Tacxeber.com

Oxşar xəbərlər

24 minlik alimenti ödəmədi – ikinci dəfə həbs edildi

redaktor

Emin Əmrullayev: “Son illər ali təhsil alanların sayı 3 dəfə artıb”

admin

Siyavuş Aslanın kiçik oğlu: “Qardaşım 20 ildən artıq həbsxana həyatı yaşayıb, pis vərdişləri olub” – VİDEO

redaktor