Dünya

Beynində çip olan ilk insan artıq bunu bacarır

Xəbər verdiyimiz kimi, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, milyarder İlon Maskın “Neuralink“ şirkəti ilin əvvəlində ilk dəfə insan beyninə çip yerləşdirib.

 

Tacxeber.com xəbər verir ki, milyarder sahibi olduğu “X” sosial şəbəkəsində həmin şəxsin səhhətindən yazıb:

 

“İrəliləyiş yaxşıdır və xəstə tam sağalmış kimi görünür. O, sadəcə düşüncə gücü ilə kompüter siçanını ekran ətrafında hərəkət etdirə bilir”.

 

Qeyd edək ki, ötən payızda “Neuralink” şirkəti klinik sınaqlar üçün könüllülərin işə götürüldüyünü elan etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

Çempionlar Liqasında bol qollu bir gecə

admin

Minaları təmizləmək üçün MEMORANDUM imzalandı

redaktor

Netanyahu: “İsrail HƏMAS-ı məhv edəcək”

redaktor