CəmiyyətHadisə

Aybəniz Haşımovanın qardaşı həbs edildi

Quba polisi xüsusi əməliyyat keçirib.

 

Tacxeber.com Unikal-a istinadən xəbər verir ki, əməliyyat zamanı rayon ərazisində dələduzluq edərək vətəndaşlardan küllü miqdarda pul alan şəxs saxlanılıb.

 

Belə ki, Quba rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı Şaiq Həsən oğlu Həşimov tutulub. O, rayon ərazisində qaziləri, şəhid ailələrini, müalicəyə ehtiyacı olan uşaqların valideynlərini guya türkəçarə üsulu ilə sağaldacağı vədini verərək aldadıb.

 

Şaiq Həşimov Polis Şöbəsinə daxil olan məlumat əsasında saxlanılıb. Barəsində araşdırma başlanılıb.

Qeyd edək ki, Şaiq Həşimov xalq artisti Aybəniz Haşımovanın qardaşıdır.

Tacxeber.com

Oxşar xəbərlər

“Tarqovı”dakı atışmanın VİDEOSU

redaktor

Şirvan şəhər icra hakimiyyətində biabırçılıq – Sahibkarlardan ət tələb olunur

admin

Türkiyədəki zəlzələdə həlak olan idmançılar – SİYAHI – FOTO

redaktor