2 C
Bakı
11 Fevral 2026 02:25
CəmiyyətGündəmKriminalQalmaqalTəhsil

Şagirdə qarşı zorakılıq görüntüləri ilə bağlı DİN və BŞTİ-dən açıqlama

Sosial şəbəkələrdə Şüvəlan qəsəbəsində yerləşən 156 nömrəli məktəbin şagirdləri tərəfindən zorakılıq aktının görüntüləri yayılıb.

 

DİN-in mətbuat xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.

 

“Yayılan məlum videogörüntülərdən məlumatlıyıq. Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”, – paylaşımda deyilir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) həmçinin mövzu ilə əlaqədar 156 nömrəli tam orta məktəbin məlumatını yayıb:

 

“Məktəbin XI sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) yanvarın 17-si məktəbdən kənarda 2023-cü ildə IX sinifdən məzun olmuş qıza qarşı uyğunsuz hərəkətlər edərək videoya çəkib.

 

Məktəb rəhbərliyi və psixoloq tərəfindən şagird və valideyni ilə söhbət aparılıb, müvafiq tədbirlər görülüb.

 

Valideyn tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub, aidiyyəti üzrə şagird və valideynlərin izahatları alınıb, araşdırma davam edir”.

 

“Paytaxtdakı 156 nömrəli tam orta məktəbin XI sinif şagirdinin (müvafiq səbəblərə görə adı qeyd olunmur) 2023-cü ildə məktəbin IX sinfindən məzun olmuş qıza qarşı məktəbdən kənarda etdiyi uyğunsuz hərəkətlər ilə bağlı məsələ nəzarətə götürülüb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”, – BTŞİ-nin məlumatında deyilir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Afaq Gəncəli: “Oğluma 6 ay vaxt vermişdilər, o müddəti daha bir il uzatdım” – VİDEO

redaktor

Sensasion detallar ÜZƏ ÇIXDI: Nəcməddin Sadıkov Türkiyədə DİNDİRİLİB

redaktor

Səbaildə ata 2 yaşlı oğlunu bıçaqlayıb

redaktor