28 C
Bakı
12 Avqust 2025 22:03
Dünya

Rusiyada qadın məhbuslar müharibəyə cəlb olunur

Rusiyada müharibəyə qadın məhbuslar da cəlb olunur.

 

Tacxeber.comxəbər verir ki, bu barədə jurnalistlərə Leninqrad vilayətinin Ulyanovka kəndinin 2 saylı cəzaçəkmə koloniyasının keçmiş məhbusları bildiriblər. Rusiya və Ukraynanın bəzi Teleqram kanalları da belə xəbər yayıb.

 

Qadınların sözlərinə görə, Müdafiə Nazirliyinin nümayəndələri bir neçə dəfə koloniyaya gəliblər.

 

Qadın məhbuslara amnistiya vəd edilməklə bir illik müqavilələr, o cümlədən snayperlər kimi müharibəyə getmək təklif edilib.

 

Deyilənə görə, 20-50 qadın razılaşıb, amma indiyədək onların heç biri koloniyadan götürülməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Nobel mükafatlı fəal Türkiyədə 50 ev tikəcək

redaktor

Dünyanın ən güclü telefonu elan edildi – “iPhone 16 Pro” artıq köhnəldi

admin

Köhnə seysmoloji xəritə özünü doğruldur? – VİDEO

redaktor