DünyaSiyasət

Navalninin cənazəsi nə üçün təhvil verilmir? – Qorxurlar ki…

 

 

Kremlə yaxın mənbələr bildirirlər ki, Rusiya hakimiyyəti müxalifətçi Aleksey Navalnının cəsədinin ailəsinə təhvil verilməsinin təxirə salınması üçün müxtəlif variantları müzakirə edir.

 

 “Аqenstvo” internet portalı xəbər verir ki, Kreml müxalif siyasətçinin dəfninin Rusiya Federasiyasında keçiriləcək prezident seçkilərinə kölgə salacaq irimiqyaslı siyasi hadisəyə çevrilə biləcəyindən ehtiyat edir.

 

Navalnının ölüm xəbəri Kremldə çalışan Rusiya rəsmiləri üçün gözlənilməz olub. Səlahiyyətlilər indi siyasətçinin cəsədi ilə nə edəcəyini müzakirə edir və hətta siyasətçinin cəsədini heç vaxt təhvil verməmək variantını da nəzərdən keçirirlər.

 

“Biz prezident seçkilərinə yaxınlaşırıq. Bizdə buna ehtiyac yoxdur, çünki bu, boss (Putin)üçün problem olacaq”, – adının çəkilməsini istəməyən yüksək rütbəli rusiyalı məmur bildirib.

 

Variantlardan biri isə Navalni ilə morqda qapalı vida mərasimidir, burada yalnız onun yaxın qohumları və dostları içəri girib iştirak edə bilər. (Sfera)

 

Tacxeber.com

Oxşar xəbərlər

73 yaşlı rekordçu “Ginnesin Rekordlar Kitabı”na düşmək üçün nə etdi? – VİDEO

redaktor

Planetin tənha qalan balinası

admin

Fransa muzeyindən 9 milyon avro dəyərində farfor oğurlanıb

redaktor